15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda manatla kreditlər üzrə orta faiz dərəcələri artıb, xarici valyutada isə azalıb

Azərbaycan Mərkəzi Bankı  2019-ci ilin may ayı üzrə depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Banker.az bu barədə AMB-yə istinad edir.

Qeyd edək ki, 2019-ci ilin may  ayında verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,34%, xarici valyuta ilə 7,40% təşkil edib. May ayı ilə aprel ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,12 faiz bəndi artıb, xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi  0,39 faiz bəndi azalıb.

May ayında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 17,12% xarici valyutada 13,47% olub. Hüquqi şəxslərə həmin ayda kreditlər manatda orta hesabla 9,31%, xarici valyutada 5,78% təşkil edib.  Belə ki, fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcələri manatda 0,08 faiz bəndi artıb. artıb. Buna səbəb kimi istehlak kreditlərinin sayının artmasıdır.Hüquqi şəxslərə verilən kreditlərin orta faiz dərəcələri isə manatda 0,03 faiz bəndi artıb, xarici valyutada isə 0,11 faiz bəndi azalıb.

Mərkəzi Bankın statistikasına əsasən,  may ayında manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,50% , xarici valyuta ilə 2,25% təşkil edib.

Aprel ilə müqayisədə may ayında manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,15 faiz bəndi artıb, xarici valyutada isə  depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə dəyişməyib.

May ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 4,73%, xarici valyutada isə 1,48%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərin orta faizi 10,05%, xarici valyutada isə 2,62% olub.

 

Son xəbərlər
Digər xəbərlər