Azərbaycanda metil spirti istehsalı 81%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 357.5 min ton metanol (metil spirti) istehsal edilib.

Banker.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcm ötən ilin müvafiq dövründən 81.3% çoxdur.

1.09.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 38.6 min ton təşkil edir.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər