19 C
Baku
Sunday, May 19, 2024

Azərbaycanda metrodan istifadə edənlərin sayı 6 dəfə artıb

Cari ilin ilk 7 ayında Azərbaycanda avtomobil nəqliyyatı ilə 68.3 mln. ton yük, 777 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11.3% və 23.6% artım qeydə alınıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatına əsasən, sərnişinlərin 94.2%-i avtobus, 5.8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 17.9%, sərnişin dövriyyəsi isə 22.9% artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5.7 dəfə artaraq 114.3 milyon nəfər olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər