5 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda minik avtomobil istehsalı 6,5 dəfə artıb

Azərbaycanda yanvar-sentyabr ayrlarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 221,7 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edərək xəbər verir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,8 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2 faiz azalıb.  Dövr ərzində 886 ədəd traktor, 1688 ədəd minik avtomobili istehsal olunub. Belə ki, minik avtomobil istehsalı ötən ilin 9 ayı ilə müqayisədə 6,5 dəfə artıb. Ştanqlı quyu nasoslarının istehsalı 59,5 faiz, fəvvarə armaturunun istehsalı 21,9 faiz, mancanaq dəzgahlarının istehsalı 21,6 faiz artıb.

ms

Son xəbərlər
Digər xəbərlər