16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda minik avtomobilləri 7% bahalaşıb

Azərbaycanda 2017-ci il ərzində minik avtomobillərinin qiymətləri əvvəlki illə müqayisədə 7,1% artıb.

Rəsmi statistikaya əsasən xəbərə görə, minik avtomobillərinin ehtiyat hissələri ötən il ərzində 11,9%, velosiped isə 13,3% bahalaşıb.

Hesabat ilinin dekabr ayında əvvəlki ayla müqayisədə minik avtomobillərinin qiymətləri dəyişməz qalıb, ehtiyat hissələri və velosipedlərin qiymətlərində 0,1% artım qeydə alınıb.

Qeyd edək ki, 2017-ci ildə illik inflyasiya 12,9%, 2017-ci ilin dekabrında aylıq inflyasiya isə 0,5% olub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər