“Azərbaycanda mobil ödəmələr ümumi ödəmələrin 8 %-i qədərdir”

“Hazırda Azərbaycanda mobil ödəmələr ümumi ödəmələrin 8%-i qədərdir. Biz gələn il bu rəqəmin 40%-i keçməsinə nail olmağı düşünürük”.

Bunu “Mastercard” beynəlxalq ödəniş şirkətinin Azərbaycan və Türkiyə üzrə yeni Baş direktoru Avşar Gürdal deyib.

“Hazırda Azərbaycanda 12 milyon bank kartı var ki, bunun da təxminən 80%-i təmassızdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da elektron ticarət inkişaf etməkdədir. Ümumi ödəmələrdə kartla ödəmələrin payı 20% cıvarındadır. Dünyada isə bu rəqəm 38% civarındadır. Amma biz bunun 50%-i keçməsini istəyirik. Elektron ticarət bu sırada önəmli yer tutur. Biz “MasterCard” olaraq elektron ticarətə dəstək verməkdə davam edəcəyik”, – deyə o, qeyd edib.