9Azərbaycan hökuməti 2026-cı ilin yekununda dövlət borcunun 26 milyard 953,2 milyon manat, 2027-cı ilin yekununda isə 28 milyard 590,9 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, bu il xalis birbaşa dövlət borclanması 965,7 milyon manat, gələn il isə 1 milyard 637,7 milyon manat artırılacaq.
2026-cı ildə dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard 457,6 milyon manat, 2027-ci ildə isə 2 milyard 200 milyon manat olacağı gözlənilir.







