9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda mobil telefon şəbəkəsi istifadəçilərinin sayı 5 ilin ən yüksək səviyyəsinə çatıb

2020-2022-ci illərdə mobil telefon abunəçilərinin sayı 7% artaraq 11 milyon 68 min 100 olub. Nəticədə ölkədə hər 100 nəfərə düşən abunəçi sayı 110 olub. Bununla da rəqəmlər son 5 ilin ən yüksək səviyyəsinə çatıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqladığı “Azərbaycanda Rəqəmsal İnkişaf: faktlar, təhlillər, rəqəmlər” hesabatında qeyd olunub.

Hesabatda 3G və 4G mobil şəbəkəsinin əhatə dairəsinin genişlənməsinin də mobil telefon şəbəkəsinin inkişafında mühüm faktor olduğu qeyd olunur.

Mobil şəbəkə ilə əhatə olunan ərazilərdə yaşayan əhalinin xüsusi çəkisi stabil, yəni 100% olaraq qalıb. 3G mobil şəbəkəsi ilə əhatə olunan ərazidə yaşayan əhalinin ölkə əhalisində xüsusi çəkisi isə 99.8 olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər