7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda nəşr və çap işləri ilə məşğul olan şirkətin xalis mənfəəti yüksəldi – Yığılmış mənfəət ₼7.1 mln.-a yüksəldi

Nəşr və çap işləri məşğul olan “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti 2022-ci ildə gəlirlərini artırıb və bu, şirkətin xalis mənfəətinə də müsbət təsirini göstərib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin illik audit hesabatında bildirilib.

Hesabat müddətində şirkətin gəlirləri illik müqayisədə 16% artmaqla 13.17 mln. manata yüksəlib. Satışın maya dəyəri 39% azalaraq 13.17 mln. manat olub ki, bu da şirkətin ümumi mənfəətinin 3.37 mln. manatdan 8.35 mln. manata yüksəldib.

Şirkətin 3.49 mln. manat kommersiya xərcləri çıxıb.

Beləliklə, “Şərq-Qərb” ASC-nin bütün gəlir və xərcləri fərqindən 1.39 mln. manat həcmində xalis mənfəət yaranıb. 2021-ci ildə şirkətin xalis mənfəəti 1.15 mln. manat idi.

1 yanvar 2023-cü il tarixinə şirkətin bölüşdürülməmiş mənfəəti 7.09 mln. manat təşkil edib.

234124124124214 222222

Son xəbərlər
Digər xəbərlər