2022-ci ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik bülletenində deyilir.
Hesabat müddəti ərzində POS-terminallarla ödənişlərin həcmi 5 mlrd. 803 mln. manata olmuş və bu da öncəki ildən 48% yuxarı nəticədir. Ödənişlərin 4 mlrd. 890 mln. manatı isə təmassız POS-terminalların payına düşür.
Elektron ticarətdə ödənişlər isə illik müqayisədə 2.5 dəfə artımla 18 mlrd. 348 mln. manata çatıb. Ötən ilin təkcə dekabrının payına 2 mlrd. 313 mln. manat düşməklə, tarixi rekord yenilənib.
AMB-nin statistikasında yeni yer alan digər bir göstərici özünəxidmət terminalları vasitəsilə ödənişlərdir ki, bu da 21.65 mln. manat olmuşdur.