5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda neft-qaz mədənlərində çalışan işçilərin sayı azaldılıb, əmək haqları artırılır

Azərbaycanda 2020-ci ilin 1 iyul 2020-ci il tarixinə olan göstəriciyə görə, dövlət və özəl neft-qaz hasilatında çalışan işçi sayı məlum olub. Söhbət mədənçıxarma sənayesindən gedir.

Dövlət sektorunda neft-qaz hasilatında çalışan dövlət işçilərin sayı 9 366 nəfər, özəl sektorun isə sayı 11 169 nəfər olub.

Son iki ildə müşahidə edilirdi ki, həm dövlət sektorunun neft-qaz hasilatını təşkil edən həm də özəl sektorun işçiləri azalır. Lakin, dövlət sektorunda 0.7% cüzi artım müşahidə edilib. Özəl sektorda isə işçi sayının azalma dinamikası 2.4%-ə yüksəlib.

Özəl sektorun neft-qaz hasilatında iştirak edən işçilərin sayı 1 iyul 2020-ci ildə 11 616 nəfərə çatmışdılar. Həmin tarixdə 18% üzərində bir artım müşahidə edilmişdi. Son 2 ildə isə göründüyü kimi ixtisarlar edilməkdədir.

İki sektorun – dövlət və özəlin birgə işçi sayı 20 535 nəfərdir, bu öncəki il 20 739 nəfər idi.

İşçi sayları azaldılıb, əməkhaqları qaldırılır

Ümumi (dövlət və özəl) işçilərin orta əmək haqları 3766 manat (öncəki ilin analoji dövrü: 3471.2 manat) olub.

Azərbaycanda xam neft-qaz hasilatında çalışan dövlət sektorunun işçilərinin orta aylıq əmək haqqı 1 758.3 manata yüksəlib. Bunu Dövlət Statistika Komitəsi 1 iyul 2020-ci il tarixinə olan göstəricisində təsdiqləyir. Halbuki, bir il öncə həmin sektorun əməkhaqqısı 1 458.6 manat idi.

İxtisarlar olmuş özəl sektorunda çalışan hasilatçılar isə bu il öncəki ildən  379.2 manat daha çox orta aylıq əmək haqları alıblar. 1 iyul tarixinə orta aylıq əməkhaqları 5 509.1 manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər