“Milla”nın nizamnamə kapitalı 13 milyon manat artırılıb

Azərbaycanda süd məhsulları istehsalçısı “Milla Dairy” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 270.45 mln. manatdan 283.5 milyon manata çatdırılıb.

Beləliklə, şirkətin nizamnamə kapitalı 13 milyon manat və ya 4,8% artırılıb.

Xatırladaq ki, “Milla” süd məhsullarının istehsalı ilə məşğul olan “Milla Dairy” MMC (“AZ FP CO. LTD” MMC) 2006-cı ildə yaradılıb. Şirkət 2023-cü ildə adını “Milla Dairy” MMC kimi dəyişib.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər