Azərbaycan Respublikası Dövlət Neft Fondu AÇG (Azəri-Çıraq-Günəşli) yatağından 2018-ci ilin 9 ayına (yanvar-sentyabr) olan gəliri açıqlayıb.
Banker.az-a ARDNF-dən daxil olan məlumata görə, 3 rüb ərzində AÇG yatağından 7 mlrd 401 mln. ABŞ dolları ümumi gəlir əldə edib. Məlumat üçün qeyd edək ki, ötən ilin analoji dövrü ərzində 4 mlrd. 574 mln ABŞ dolları gəlir əldə etmişdi ki, bu da 62% bu il daha çox gəlir əldə edilməsi deməkdir.
Ümumiyyətlə ötən ilin yanvar- noyabr ayları ərzində cəmi 5 mlrd. 780 mln. ABŞ dolları gəlir əldə etmişdi.
Artıma əsas səbəb kimi ötən ildəkindən bu il neftin1 barelinin 15-20 dollar daha baha satılmasıdır.
AÇG yatağı üzrə 2001-ci ildən 01.10.2018 tarixinə əldə olunan ümumi gəlirlər 135 mlrd. 887 mln. ABŞ dolları təşkil edib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər ilin ilk 3 rübündə 115 mln. ABŞ dollarıtəşkil edib.
Ümumilikdə isə bu yataq üzrə 2007-ci ildən 01.10.2018 tarixinə 2 mlrd. 506 mln. ABŞ dolları gəlir əldə olunub.