2022-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14.3 faiz artaraq 829 manat
təşkil edib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 831.3 manat olub.
2022-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5351.3 min nəfər olmuş, onlardan 5049.2 min nəfərini məşğul əhali təşkil edib.
Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1714.5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 894.5 min nəfər, qeyri-dövlət sektorunda isə 820
min nəfər olub. İqtisadiyyatın neft-qaz sektorunda 31.5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1683 min nəfər çalışıb.