3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı

2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.9% artaraq 724.1 manat olub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Son xəbərlər
Digər xəbərlər