10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda payızda balıq zavodu təkrar satışa çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 4-də növbəti hərrac keçirəcək, 76 dövlət müəssisəsini satışa çıxaracaq. Bu barədə Komitədən məlumat verilir.

“Sentyabrın 4-də dövlət əmlakının satışı üzrə növbəti hərrac keçiriləcək. Səmərəlilik və mümkün gəlir üçün ən cəlbedici müəssisə Şəmkir Balıq Zavodudur (45,25 min manat). Müəssisənin fəaliyyətinin bərpası investora yeyinti sənayəsi üzrə yüksək gəlir qazandıracaq. Müəssisənin faydalı sahəsi 341 kv. metrdir”, – məlumatda deyilir.

Şəmkir Balıq Zavodu ikinci dəfədir satışa çıxarılır. İlk dəfə müəssisə 13 mart 2018-ci il tarixində keçirilən hərracda satışa çıxarılıb.

Bundan əlavə, ƏMDK Bakı şəhəri Qaradağ rayonuNUN Lökbatan qəsəbəsində yerləşən Əmlak kompleksini torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarmağı planlaşdırır. “Bu obyektin ümumi faydalı sahəsi 1169 kv.m-dir.Əmlaka sərmayə yatıraraq müxtəlif sahibkarlıq sahələrində uğur qazanmaq olar”, – məlumatda qeyd olunur.

Ümumilikdə, sentyabrın 4-də 17 SC, 32 kiçik dövlət müəssisəi, 24 qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

Son xəbərlər
Digər xəbərlər