6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda polietilen torbalar ödənişli olacaq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxslərinin, eləcə də, “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi və birliyə daxil olan iri ticarət şəbəkələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, tədbirdə qalınlığı 15 mikrona qədər olan polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacaq (qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların) məhsullarının ticarət şəbəkələrində satılmasının qadağan olunması barədə qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, belə məhsullar ətraf mühitə və insan sağlamlığına ziyan vurmaqla yanaşı, təkrar emala yararlı deyil.

Görüşdə həmçinin qalınlığı 15-50 mikron olan polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsi və satış qiyməti barədə əvvəlcədən məlumatın verilməsinin vacibliyi vurğulanıb.

 

Son xəbərlər
Digər xəbərlər