7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda qaz hasilatı 10% artıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil edib.

Bu barədə SOCAR-ın I rüb üzrə hesabatında qeyd edilib.

Məlumata görə, I rübdə ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq, 10 milyard kubmetr, neft hasilatı 9,3 milyon ton təşkil edib.

Bildirilib ki, SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib.

©Report

Son xəbərlər
Digər xəbərlər