16 C
Baku
Thursday, May 2, 2024

Azərbaycanda qeyri-neft-qaz sektoruna 13.4 mlrd. manat investisiya qoyulması proqnozlaşdırılır

2023-cü ilin sonunda Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşu 13.4 milyard manat, 2027-ci ildə isə 16.9 milyard manat proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilir ki, 2023-cü ildə əsas kapitala olan investisiyalarda 7.7%, ortamüddətli dövrdə isə orta illik 1.6% artım olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2022-ci ilin sonunda qeyri-neft-qaz sektoru üzrə investisiyalar 12871.9 milyon manat təşkil edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər