10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 34% artıb

2024-cü il Azərbaycan iqtisadiyyatında yüksək göstəricilərlə başlayıb.

Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, bu ilin yanvar ayında ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 5%, o cümlədən qeyri-neft-qaz ÜDM-i 12.3% çox olub.

Əlavə dəyərdə artım tikinti sektorunda 66.9%, nəqliyyat və anbar təsərrüfatında 26.8%, qeyri-neft-qaz emal sənayesində 16.8%, turizm və ictimai iaşədə 12.1%, informasiya və rabitədə 11.8% təşkil edib. Ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb.

Son 1 ildə əsas kapitala investisiya qoyuluşu 37.4%, o cümlədən qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 34.1% artıb.

9c443a22 de6d 31e0 be0d db298d04f652

4882e290 d1c0 3cbf b77a c9d7ec3c8d55

MənbəReport
Son xəbərlər
Digər xəbərlər