9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda qiymətli metallarla bağlı dövlət standartı qəbul edilib

Qiymətli metalların və onların ərintilərinin keyfiyyətini yoxlanılması məqsədilə AZS 918:2022 “Qiymətli metallar və onların ərintiləri analiz metodlarına dair ümumi tələblər” dövlət standartı qəbul edilib.

Banker.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, standart Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Bu dövlət standartı təmizlənmiş metallar daxil olmaqla, qiymətli metalların (qızıl, gümüş, platin, palladium, rodium, iridium, rutenium və osmium) və qiymətli metallar əsaslı ərintilərin analiz üsullarına dair ümumi, həmçinin təhlükəsizlik tələblərini müəyyən edir.

Son xəbərlər
Digər xəbərlər