13 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda qızıl hasilatçısından səhmdarlarını sevindirəcək qərar – Dividend veriləcək

2018-ci ilin oktyabrın 1-nə “Anglo Asian Mining” şirkəti 3 mln. dollar gəlir vergisi ödəyib.

Banker.az Finansa istinadən xəbər verir ki, bu barədə şirkətin saytında yer alan hesabatda qeyd edilib. Hesabatda qeyd olunub ki, “Anglo Asian Mining” ötənilki zərərini bağlamaq və ölkədə ən iri vergi ödəyicisi olmaq niyyətindədir”.

Sənəddə bildirilib ki, “Anglo Asian Mining” noyabrda Azərbaycanda fəaliyyəti dövründə ilk dəfə olaraq səhmdarlarına dividend ödəyəcək.

“Azərbaycanda qiymətli metalların hasilatının artmasısəbəbindən “Anglo Asian Mining”in maliyyə vəziyyəti möhkəmlənməkdədir. Sentyabra olan nəticələrə görə mənfəət əldə etmişik. Bu, noyabrda dividend ödəməyə hazırlaşan şirkətimiz üçün mühüm hadisədir”, -deyə şirkətin təhbəri Reza Vəziri vurğulayıb.

Qeyd edək ki, şirkət Azərbaycanda 6 qızıl yatağında hasilat aparır.

Son xəbərlər
Digər xəbərlər