2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda qızıl istehsalı 23% azalıb, gümüş istehsalı isə 21% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 1116,7 kq qızıl istehsal edilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22.7% azdır.

2022-ci il iyunun 1-nə ölkədə 244,3 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin 5 ayı ərzində Azərbaycanda 2494,9 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 21% çoxdur. İyunun 1-nə ölkədə 343.7 kq hazır məhsul ehtiyatı yaranıb.

Son xəbərlər
Digər xəbərlər