15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda qonşu ölkələrlə müqayisədə virusa yoluxma artımı – SİYAHI

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının artdığı məlumdur. Bildiyimiz kimi, ötən ilin dekabr ayından başlayaraq Çindən Avropaya və Amerikaya, eləcə də digər qitələrə yayılan bu virus, sözün həqiqi mənasında, dünyanı məngənəsinə alıb sıxır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını “COVID-19” qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Qonşu ölkələrlə müqayisə etsək, təkcə Ermənistanda ümumi olaraq 822 yoluxma və 7 ölüm faktı qeydə alınıb. Azərbaycanda isə yoluxanların sayı 584 nəfərdir.

Bildirək ki, Azərbaycanda ilk olaraq virusa yoluxma halı fevralın 29-dan başladı və 2 nəfərdə aşkarlanmışdır. Aprelin 5-nə qədər isə Azərbaycanda virusa yoluxanların sayı artaraq 584 nəfər olub və koronavirusdan 7 ölüm halı qeydə alınıb.

Ümumi statistikaya əsasən, Azərbaycana qonşu olan ölkələrdən ən çox virusa yoluxma və ölüm halı İranda qeydə alınıb. Fevralın 19-dan başlayaraq yayılan koronavirusa yoluxanların sayı ümumilikdə 58,226 nəfərə çatıb. Aprelin 5-nə qədər isə cəmi ölənlərin sayı 3,603 nəfərdir. Təkcə İranda dünən 151 nəfər bu virusdan ölüb.

Qonşu ölkələrdən ikinci yerdə koronavirusa yoluxanların sayına görə Türkiyədir. Bu ölkədə digər ölkələrlə müqayisədə koronavirusun gec yaranmasına baxmayaraq sürətlə yayılmağa başladı. Türkiyədə ilk yoluxma bir nəfər olmaqla martın 10-da qeydə alınıb. Ümumi isə 27,069 nəfər virusa yoluxub. Son bir gündə 3, 135 nəfər bu infeksiyaya yoluxub.  Türkiyədə koronavirusdan indiyədək 574 nəfər ölüb.

Üçüncü yerdə isə siyahıda Rusiyadır. Ölkədə ümumilikdə bu virusa yoluxanların sayı 5,389-ə çatıb ki, onlardan da 355-i sağalıb, 45-i ölüb. Rusiyada bir gündə 658 yoluxma qeydə alındı.

Yoluxma sayına görə siyahıda digər yerdə Ermənistan dayanır. Martın 1-də Ermənistan vətəndaşının Covid-19 virusuna yoluxması testi müsbət nəticə verib. Bu, Ermənistanda qeydə alınan ilk koronavirusa yoluxma halıdır. Burda 822 nəfərdə virus aşkarlanıb, 57 nəfər sağalıb, 7 nəfər isə ölüb. Son bir gündə isə 52 yoluxma halı qeydə alınıb.

Ən az yoluxma halı qeyd edilən qonşu ölkə Gürcüstandır. Gürcüstanda ilk yoluxma fevralın 26-da aşkarlandı. Və bu günə qədər cəmi koronavirusa yoluxanların sayı 174 nəfərdir, 36 nəfər sağalıb, 2 nəfər isə ölüb. Gürcüstanda aprelin 5-də son olaraq 12 nəfərdə virus qeyd edildi.

statistika

Son xəbərlər
Digər xəbərlər