-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda quş əti istehsalı üçün avadanlıq dəsti güzəştlə satılacaq

Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.

Bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra quş əti istehsalı üçün avadanlıq dəsti (yemləmə, sulama, havalandırma-soyutma, isitmə, işıqlandırma və idarəetmə sistemləri daxil olmaqla) siyahıya daxil edilib.

Qərarın icrasına nəzarət nazir müavini İlhamə Qədimovaya tapşırılıb.

Nazirliyin Aparatının Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər