25 may 2019-cu il saat 10.00-da “Firuzə” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyinə 2018-ci ilin maliyyə balansının təsdiq edilməsi, cəmiyyətin adının dəyişdirilməsi və bu barədə nizamnamədə müvafiq dəyişikliyin edilməsi,cəmiyyətin baş direktorunun, müşahidə şurasının və maliyyə – təftiş müfəttişinin seçilməsi kimi məsələlər daxildir.
Səhmdarlar gündəlikdəki məsələlərə dair sənədlərlə tanış olmaq üçün iş günləri saat 10.00-dan 13.00-adək cəmiyyətə müraciət edə bilərlər.
Əlaqə telefonu-012-496-16-30.
Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 22.