25 yaşlı “Qaradağ Tikinti Quraşdırma” ASC səhmdarlarının ümumi yığıncağı 26 noyabr 2019-cu il saat 15.00-da Qaradağ rayonu, Salyan şosesi 29-cu kilometr, 4 nömrəli ünvanda cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin səhmdarlarının 20 sentyabr 2019-cu il tarixli yığıncağının qərarına uyğun olaraq əsas vəsaitlərin inventarlaşdırılması, müstəqil auditorun rəyinin, maliyyə-təsərüffat fəaliyyətinin müzakirəsi.
2. Əsas səhmdarın müraciəti ilə “Qaradağ Tikinti Quraşdırma” ASC-nin əmlakından ayrılaraq bölünməsi məsələsinin müzakirsi.
3. “Qaradağ Tikinti Quraşdırma” ASC-nin əmlakının, hüquq və öhdəliklərinin bölünmə balansına uyğun olaraq əsas səhmdar və cəmiyyət arasında bölünməsi məsələsinin müzakirəsi.
4. “Qaradağ Tikinti Quraşdırma” ASC-nin əmlakının, hüquq və öhdəliklərinin bölgüsü ilə əlaqədar tərtib olunmuş bölünmə balansını və təhvil-təslim aktını imzalamaq səlahiyyətinin cəmiyyətin sədrinə həvalə edilməsi məsələsinin müzakirəsi.
5. Əsas səhmdarın “Qaradağ Tikinti Quraşdırma” ASC-dən ayrılması ilə əlaqədaar cəmiyyətin nizamnamə kapitalının həcminin və səhmdarların nizamnamə kapitalında səhmlərinin miqdarının müəyyən edilməsi.
6. Əsas səhmdarın “Qaradağ Tikinti Quraşdırma” ASC-dən ayrılması ilə əlaqədar cəmiyyətin dövriyyədən çıxarılacaq səhmlərinin miqdarının müəyyən edilməsi.
7. Əsas səhmdarın “Qaradağ Tikinti Quraşdırma” ASC-dən ayrılması ilə əlaqədar cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin müzakirəsi.
8. “Qaradağ Tikinti Quraşdırma” ASC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi məsələsinin müzakirəsi Əlaqə telefonu – (050) 255-84-94.
Xatırladaq ki, iki ay bundan əvvəl “Qaradağ Tikinti Quraşdırma” ASC səhmdarları vergi öhdəliklərinin və müflis elan olunmasına dair müzakirələr etmişlər.