10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda səhmdar cəmiyyətin 1 milyon manatdan çox vergi borcu var

“Bakı Kondisioneri” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Bakı Kondisioneri” ASC-nin vergi borcu 1 113 849.94 manatdır. Bu vergi borcu 23.09.2024-cü il tarixinə olan məlumatdır.

Xatırladaq ki, “Bakı Kondisioneri” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 3 179 050 manatdır və qanuni təmsilçisi Fuad Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər