9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda səhmdar cəmiyyətlərinin cərimələnməsi artıb

2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) məhkəmələrdən daxil olmuş qərarlara əsasən səhmdar cəmiyyətləri barədə 51 protokol tərtib edib və 56 200 manat cərimə tətbiq edib.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 8 protokol və 14 700 manat çoxdur.

“AMB investorların hüquqlarının müdafiəsini daima diqqət mərkəzində saxlayır. Bu məqsədlə investorların quruma müraciət imkanları genişləndirilir, səhmdarlarla qarşılaşdıqları çətinliklərlə bağlı görüşlər keçirilir, onlar dinlənilir. AMB-yə investorlardan hüquq pozuntularına dair daxil olan müraciətlər araşdırılaraq pozuntu aşkarlandığı təqdirdə həmin hüquqların bərpası istiqamətində qanunauyğun tədbirlər həyata keçirilir. Belə ki, cəmiyyətlər tərəfindən vətəndaşların qanunla qorunan hüquq və mənafelərinin pozulması halı aşkarlandıqda həmin subyektlərə pozuntunun aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər ünvanlanır. Aşkarlanmış pozuntular inzibati xəta tərkibli olduqda cəmiyyətlər barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə onların inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə toplanmış material məhkəmələrə göndərilir.

İstehlakçılar və investorların yazılı müraciətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılması təmin edilir, həmçinin şifahi müraciətlərə baxılması, vətəndaşların qəbul cədvəlinə uyğun olaraq yerində və ya videoqəbul formatında qəbul edilməsi məqsədi ilə AMB-nin Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən “Qəbul otağı”, həmçinin telefon vasitəsilə müraciətlərin cavablandırılmasını təmin edən “966” Çağrı Mərkəzi fəaliyyət göstərir. Bununla əlaqədar investorlar onların qanunvericilikdə əks olunmuş hüquqlarının pozulması halı ilə qarşılaşdıqları təqdirdə qeyd olunan üsullarla AMB-yə müraciətlərini ünvanlaya bilərlər”, – deyə AMB-dən qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər