-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bu ilin dörd ayında 2015-ci ilin eyni dövrünə nisbətən Azərbaycanın sənaye məhsullarının istehsalçı qiymətləri 8%, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,4%, emal sənayesi üzrə 8,6%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5% bahalaşıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməyib.

Bu ilin aprel ayında mart ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 2,4%, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7%, emal sənayesi üzrə 1,6% bahalaşıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,7%, metal filizlərinin hasilatı üzrə 3,1%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4% bahalaşıb.

 

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 21%, poliqrafiya fəaliyyəti üzrə 13,4%, geyim istehsalı üzrə 5,3%, kimya sənayesi üzrə 4,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,6%, tütün məmulatlarının istehsalı və toxuculuq sənayesi üzrə 2,7%, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,5%, mebel istehsalı üzrə 0,4%, əczaçılıq məhsullarının istehsalı üzrə 0,2%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,1% bahalaşıb, içki istehsalı üzrə 2,2%, kağız və kartonun, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının və elektrik avadanlıqlarının istehsalı üzrə 0,3%, kompüter və digər elektrik avadanlıqların istehsalı, habelə maşın və avadanlıqların istehsalı üzrə 0,1% ucuzlaşıb.

 

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər
Digər xəbərlər