-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda şərabçılıq turizmi inkişaf etdiriləcək

Azərbaycanın Şimal, Qərb və Şimal-Qərb turizm marşrutları üzrə 25 şərab zavodu mövcuddur.

Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova deyib.

Onun sözlərinə görə, Büro şərabçılıq turizminin inkişafını dəstəkləmək üçün www.azerbaijanwine.com adlı sayt yaradıb, bundan başqa koronavirus (COVID-19) pandemiyasından əvvəl keçirilmiş şərab festivalını bərpa etmək niyyətindədir: “Ümid edirəm ki, gələn il yenidən şərab festivalı baş tutacaq”.

ATB rəsmisi həmçinin deyib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndinin ərazisi şərab zonası olacaq. “Məsələn, vaxtilə Tuğda şərabçılıq müəssisəsi olub və o, bərpa olunacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər