15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda sabiq bank sədri məhkəmə zalından azadlığa buraxılıb

Ötən gün, yəni, 6 iyul 2018-ci il tarixdə, Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş “DekaBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və “DekaBank”ın Maliyyə departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Həbsdə olan “DekaBank”ın sabiq sədri N.Vəliyev məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

“DekaBank” ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

N.Vəliyevin barəsində həbs qətimkan tədbiri seçilib, B.Hüseynovun barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər