26 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda “sabiq bankir”lər 400 min avroluq futbolçu alıb

Qazaxıstanın “Kaysar” klubunun futbolçusu Con Kamara karyerasını Azərbaycanda davam etdirəcək.

Banker.az bildirir ki, , “Keşlə” Syerra Leonedən olan dayaq yarımmüdafiəçisi ilə 1,5 illik müqavilədə razılıq əldə olunub.

Qeyd edək ki, otuz yaşlı Con Kamara Qazaxıstan Premyer Liqada son iki mövsümə 53 görüşdə meydanda olub və bir qol vurub. Bu futbolçunun transfer qiyməti 400 min avro kimi qiymətləndirilir.

Bu futbolçu Qazaxıstandan əvvəl Livanın “Tadamon Sur”, Yunanıstanın “Apollon Spirnis”, PAS (Lamia), “Aris” və Latviyanın “Riqa” klublarında çıxış edib. O, 2013-cü ildən çağırıldığı Syerra Leone millisində on oyun keçirib və bir qol vurub.

Qeyd edək ki, Keşlə 2017-ci ildə rebrendinq etmişdir və onun əvəlki adı “İnter” Bakı FK (ləqəbi- bankirlər) idi.

Son xəbərlər
Digər xəbərlər