Azərbaycanda daha bir şirkət rebrendinqə getdi.
Banker.az xəbər verir ki, “Azşuqar” Ticarət Şirkəti adını və təşkilati-hüquqi formasını dəyişərək “De Decco” MMC-yə çevrildiyini elan edib.
Qeyd edək ki, Azşuqar” 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Əsabil Qarakişi oğlu Qasımovdur. 1995-ci ildən «Karat» holdinqinin direktorudur. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.