13 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda sabun istehsalı üzrə daxili bazar araşdırılır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) üç növ məhsulun istehsalı üzrə bazarı araşdırmaq istəyir.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

“Sabun istehsalı”, “Qazlı və qazsız içməli suların istehsalı” və “Limonadların istehsalı” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması üçün tender elan edib.

Bu tenderlərin tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 15 oktyabr 2021, tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı 25 oktyabr və zərflərin açılış tarixi və vaxtı 26 oktyabrdır.

Qalib olacaq şirkətdən kadr imkanlarına görə və xidmətlərin “əsas şərtlər toplusu”nda nəzərdə tutulan müddətdə göstərilməsi müddətlərinə görə ballar verilərək seçiləcəyini qeyd edirlər.

Son xəbərlər
Digər xəbərlər