2018-ci ilin ilk 3 rübündə Azərbaycanda 448,5 mln. manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% çoxdur.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2 mln. 571,2 min tonadək sement (artım 21,7%), 1 mln. 82,2 min tonadək hazır beton qarışığı (artım 2,1 dəfə), 23,046 min tonadək işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (artım 43,9%), 220 min tonadək asfalt (artım 88,7%), 224,7 min kubmetrədək tikinti kərpici (artım 6,8%) istehsal olunub.
Bu ilin yanvar-sentyabr aylarında tikinti gipsi istehsalında 46,4% – 39,1 min tonadək, beton konstruksiya istehsalında 41,2% – 74,6 min kubmetrədək, sement, süni daş və betondan tikinti blokları və kərpic istehsalında 12,5% – 69,2 min tonadək, tikinti əhəngi istehsalında 1,3% – 22,1 min tonadək azalma qeydə alınıb.