1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda sığorta haqlarının 78%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanılmış 528 milyon 258 min manat sığorta haqqının 412 milyon 72 min manatı və yaxud 78%-i 5 sığorta şirkətinin payına düşüb.

 Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (190 milyon 209 min manat), “PAŞA Sığorta” (120 milyon 693 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 47 milyon 150 min manat), “Atəşgah Həyat Sığorta” (28 milyon 304 min manat) və “Qala Sığorta” (25 milyon 716 min manat) ASC-lərdir.

Son xəbərlər
Digər xəbərlər