Sığorta şirkətinin rəhbəri vəzifəsini tərk edib.
Azərbaycan Sənaye Sığortanın idarə heyətinin sədri Kamran Babayev tutduğu vəzifədən ayrılıb.
Onu bu vəzifədə Orxan Əfəndiyev əvəzləyib. O.Əfəndiyev bundan əvvəl «A-Qrup Sığorta» nın İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.