10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda şirkət rəhbəri 1.5 mln. manatlıq dələduzluqda təqsirləndirilir

Bakıda dələduzluqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, “Avro Qrand” şirkətinin rəhbəri olan X.Cəfərov Binəqədi rayonu, Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillərin açarları sahiblərinə verilməyib.

Belə ki, X.Cəfərov həmin mənzilləri bir neçə şəxsə satıb.

İş üzrə 12 zərərçəkmiş var. Onlara ümumilikdə 1 milyon 500 min manat ziyan dəyib.

Məhkəmədə X.Cəfərov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.

Növbəti proses avqustun 23-nə təyin edilib.

Qeyd edək ki, X.Cəfərov daha əvvəl eyni əmələ görə həbs olunub və məhkumluq həyatı yaşayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər