9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda sosial evlər layihəsi reallaşacaq

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunları ilə bağlı toplantısı keçirilib. Dövlət başçısı çıxışında əsas diqqəti cəbhədəki vəziyyətə yönəltsə də, amma iqtisadi məsələlər barədə də danışıb. Ən əsası evsiz insanlara sevindirici bir xəbər var. Sosial evlər layihəsi reallaşacaq.

Bu ilin ilk üç ayında ölkədə  37 min yeni iş yeri yaradılıb. Bunu Nazirlər Kabinetinin  birinci rübün yekunlarına həsr olunan iclasında Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, birinci rübdə ümumi daxili məhsul aşağı düşsə də, il ərzində bu sahədə artım proqnozlaşdırılır. İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının cədvəl üzrə getdiyini, bu strateji layihənin vaxtında icra olunacağını diqqətə çatdırıb.

Dövlət başçısı bu dəfə hökumətə qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi tapşırıqlar verib.

Prezident paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanacağını xəbər verib. Bu layihə aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət etməlidir. Əhalinin münasib qiymətə mənzillərlə təmin olunması dövlət başçısının təsdiq etdiyi iqtisadiyyatın əsas sahələrinin inkişafına dair strateji yol xəritəsində də öz əksini tapıb.

Son xəbərlər
Digər xəbərlər