Bu ilin yanvar aylarında Azərbaycanda spirtli içkilərin qiymət indeksində bahalaşma müşahidə edilir.
Banker.az-ın Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən verdiyi məlumata görə, yanvarda spirtli içkilərin qiymət indeksi 2020-ci ilin dekabr ayına nisbətən 100.2%, ötən ilin yanvar ayına nisbətən isə 102.8% olub.
Belə ki, yanvarda spirtli içkilərin qiyməti aylıq müqayisədə 0.2%, illik müqayisədə isə 2.8% artıb.