“OBA” marketlər şəbəkəsi yeni logosunu təqdim edib.
Banker.az xəbər verir ki, “OBA” marketlər şəbəkəsinin yeni loqosu üç komponentdən ibarətdir və əsas rəngi yaşıldır.
Marketlər şəbəkəsinin yaydığı məlumatda qeyd edilir ki, “OBA” marketlər şəbəkəsi olaraq müştərilərimizə yeni logomuzu təqdim edirik. Dizayn üslubunda edilən dəyişiklikləri müştərilərimiz zamanla hər bir mağazamızda görə biləcək. “OBA” marketlər şəbəkəsi bir çox yeniliklər və dəyişikliklərlə müştərilərini sevindirməyə davam edəcək.”
Xatırladaq ki, OBA marketlər şəbəkəsi fəaliyyətinə 2016-cı ildə başlayıb.