2020-ci ilin aprel ayında Azərbaycanda banklar tərəfindən 2 636 bankomat quraşdırılıb ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 4% çoxdur.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cari ilin martında isə cəmi bankomatların sayı 2 677 olub. Belə ki, aylıq müqayisədə 41 bankomat bağlanıb.
Bakıda aprel ayında bankomatların sayı 1 406, regionlarda isə 1 230 olub. İllik müqayisədə Bakıda bankomatların sayı 3,5%, regionlarda olan bankomatların sayı isə 3,7% artıb.
Bu ilin aprelində respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 56 668 ədəd təşkil edib. Belə ki, ötən ilin analoji dövrüylə müqayisədə quraşdırılan pos-terminalların sayı 15% azalıb.
Bununla yanaşı, Bakıda 36 311 ədəd (azalma 11%), regionlarda 20 357 ədəd (azalma 20,5%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində isə 55 254 ədəd pos-terminal quraşdırılıb.