6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda təmir üçün verilən istehlak kreditlərinin faizi yüksəlib

Azərbaycanda əhalinin yaşayış yerlərinin təmiri ilə bağlı banklardan verilən istehlak kreditlərinin orta illik faiz dərəcəsi artırılıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

İlin birinci rübündə təmir kreditləri ötən ilin sonu ilə müqayisədə 1% bəndi artıb. Bununla da 21%-dən 22%-ə çatıb.

Avtokreditlərin faizləri isə son üç ayda 17%-dən 16%-ə düşüb.

Kredit kartı vasitəsilə verilən kreditlər üzrə orta faizlər 25%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər  21%-də sabit qalıb.

 

Son xəbərlər
Digər xəbərlər