10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda təyyarələr yığılması planlaşdırılır

“Azərbaycanda “An-178″ təyyarələrinin yığılmasına 2018-2019-cu illərdə başlanılması planlaşdırılır”.

Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko bildirib.

O xatırladıb ki, Bakı və Kiyev arasında 10 ədəd “An-178” yük təyyarəsinin tədarükü ilə bağlı razılaşma mövcuddur. Səfir əlavə edib ki, Ukrayna tərəfi satış üçün 2 təyyarə hazırlayır, digər 8 təyyarə isə Azərbaycanda yığılacaq.

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Oleq Qladkovski ilə “Azərbaycan Hava Yolları”nın (AZAL) prezidenti Cahangir Əsgərov arasında daimi məsləhətləşmələr aparılır. AZAL artıq modullar və yığım prosesinin olacağı məkanların inşasına başlayıb”, – deyə diplomat vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər