25 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda taksi avtomobillərinə yeni tələblər: ABS, kondisioner…

Nazirlər Kabineti martın 4-də Bakının inzibati ərazisində sərnişin daşıyan taksi avtomobillərinə yeni tələbləri təsdiq edib. Tələblər qəbul edildiyi vaxtdan etibarən qüvvəyə minib.

Yeni tələblər taksi avtomobillərinin texniki xarakteristikası, xarici və daxili tərtibatı ilə bağlıdır. Taksi minik avtomobilləri kimi müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun mühərriklə və ya elektrik mühərriki ilə təchiz edilmiş minik avtomobilləri istifadə oluna bilər. Taksi minik avtomobilləri kimi Avropa İqtisadi Komissiyasının təsnifatına uyğun olaraq, “B” və daha yuxarı sinif minik avtomobilləri istifadə oluna bilər. Taksinin ABS əyləc sistemi, normal daxili işıqlandırma sistemi, tam havalandırması (soyutma və istilik), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəmərləri olmalıdır.

Son xəbərlər
Digər xəbərlər