Bu ilin 7 ayında Azərbaycanda avtobuslarla 573 milyon 696,5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 14.8% azdır.
Dövlət Statistika Komitəsində verilən məlumata görə, 2021-ci ilin yanvar-iyul aylarında avtobus nəqliyyatı ilə 673 milyon 624,4 min sərnişin daşınıb.
Məlumata görə, hesabat dövründə minik taksilərindən 54 milyon 764,2 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2 dəfədən çoxdur. Belə ki, 2020-ci ilin yanvar-iyulunda taksi xidmətlərindən 26 milyon 343,3 min nəfər istifadə edib.