9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda “Tax-free” sistemi ilə bağlı müvəkkil bank məlum olub

Azərbaycanda “Tax-free” sisteminin tətbiqi ilə bağlı dövlət qurumlarının əməkdaşlıq edəcəyi kommersiya bankı məlum olub. Vergilər Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müvəkkil bank kimi “Bank Silk Vey” ASC-ni seçib.

Xatırladaq ki, “Tax-free” sisteminin tətbiqinə ilk olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda başlanması nəzərdə tutulub. Banklar arasında seçim edilərkən “Bank Silk Vey”in hava limanında 2 saylı filialının və 1 saylı şöbəsinin fəaliyyət göstərməsi əsas götürülüb.

Əldə edilmiş razılaşmaya görə, Bank xarici vətəndaşlara ödəniləcək məbləğin 20%-ni xidmət haqqı kimi tutacaq.

Qeyd edək ki, “Tax-free” sistemi yaşı 14-dən çox olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycana səfər edərkən alış-veriş zamanı ödədiyi məbləğin bir hissəsinin (əlavə dəyər vergisinin – ƏDV) onlara geri qaytarılmasını nəzərdə tutur. Bununla bağlı qayda Prezident İlham Əliyevin iyulun 12-də imzaladığı Fərmanla təsdiq edilib. Fərmana əsasən, müvəkkil bank 15 gün ərzində müəyyən edilməli idi.

“Tax free” sistemini yalnız ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş mağazalar həyata keçirə bilərlər. Bununla yanaşı, həmin obyektlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, təsərrüfat subyektində nəzarət-kassa aparatı və POS-terminal qurulmalı, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi olmamalıdır.

Report

Son xəbərlər
Digər xəbərlər