Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşaların nümayişini dayandırıb.
Bu barədə teatrın Mətbuat Xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirib.
Onun sözlərinə görə, tamaşaların dayandırılması koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükə ilə əlaqədardır.
O bildirib ki, qərar 27 mart tarixinədək qüvvədədir.