Azərbaycanda hüquqi şəxs (şirkət) yaratmadan ticarətlə məşğul olan sahibkarların sayı 230 minə çatıb.
Bu barədə Banker.az DSK-nin illik nəşrinə istinadən xəbər verir .
Məlumata görə, 1 yanvar 2021-ci il tarixinə ölkədə ticarətlə məşğul olan fərdi sahibkarların sayı 228 742 olmuşdur.
Bu isə son bir il ərzində 3.3 faiz artım deməkdir.
Ticarətlə məşğul olan fərdi sahibkarların sayı, ilin əvvəlinə:
2017-ci il: 199 255
2018-ci il – 201 121
2019-cu il: 205 090
2020-ci il: 221 484
2021-ci il: 228 742